Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83948
az

Cənubi Koreya ötən il silah satışından 17 milyard dollardan çox gəlir əldə edib

10:0706 Mart, 2023
106
DÜNYA
  • A
Cənubi Koreyanın silah ixracı keçən il 140% artıb, xaricə silah tədarükü rekord həddə - 17,33 milyard dollar təşkil edib. Oxu24.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Qeyd olunub ki, Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatı başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib. Vurğulanıb ki, 12,4 milyard dollarlıq müqavilə ilə Polşa keçən il Cənubi Koreya silahlarının ən böyük müştərisi olub. Cənubi Koreya istehsalçıları Varşava üçün tanklar, haubitsalar, döyüş təyyarələri və reaktiv yaylım atəşi sistemləri ixrac edib. 2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2,8 faiz payla səkkizinci yerdə qərarlaşıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər