Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83924
az

Saakaşvili: "Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm"

20:3105 Mart, 2023
109
DÜNYA
  • A

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub.

OXU24.COM  APA-ya istinadən bildirir ki, o, bu barədə Bild-ə müsahibəsində deyib.

Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib.

O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. "Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir" dedi.

Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib.

Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok "orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı
İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO