Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83922
az

Təxribatı planlaşdıran iki gücdür

20:0405 Mart, 2023
111
DÜNYA
  • A

Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə məsələ bitəcək. Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verib: “Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”.

Paşinyan üstürörtülü dediyi sözlərin mənası budur: 1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi; 2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi. Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib.

Paşinyan Qarabağ yükünü daşıya bilmir. Ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı “Qarabağ klanı” imtina edib. Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir.

Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var.

“Atlas” Araşdırmalar Mərkəzi

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xi Jinping Macarıstana ümid edir
Amerikalı general Ukrayna Silahlı Qüvvələri üçün məyusedici proqnoz verib
Vaxtanq Qomelauri:

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO