Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83826
az

"Rusiyanın 200 000-dən çox əsgəri öldürülüb "

16:4904 Mart, 2023
42
DÜNYA
  • A

Ukraynada genişmiqyaslı müharibə başlayandan Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb.

Oxu24.com  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli bildirib.

O, bu müharibənin miqyasının inanılmaz olduğunu vurğulayaraq Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun yeni reallığa uyğunlaşmasının vacibliyini söyləyib.

Komandanın sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi atır: “Ruslar həmçinin 2000-dən çox əsas döyüş tankını itirib”.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya 152 190 hərbçisini itirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb