Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83799
az

Minlərlə traktor Brüsselin mərkəzini bağladı - VİDEO

16:1904 Mart, 2023
76
DÜNYA
  • A

Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib.

Onlar minlərlə traktoru Brüsselin mərkəzinə apararaq nəqliyyatın hərəkətinə mane olublar.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, şəhər rəhbərliyi aksiyanın keçirildiyi ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib. Nümayiş təşkilatçıları təxminən 2700 traktoru paytaxtın küçələrinə toplayaraq yolları bağlayıb və təkərləri yandırmağa başlayıblar.

Belçikalı kənd təsərrüfatı istehsalçıları ölkənin şimal bölgəsi - Flandriya hökumətinin təklif etdiyi "Azot planı" adlanan iqlim planının qəbul edilməsi ilə razılaşmadıqlarını bildiriblər. Bu sənəd təsdiq olunarsa, 2025-ci ilə qədər qırxdan çox təsərrüfat bağlanacaq.

Plan ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə və Belçikanın Aİ-nin ekoloji standartlarına uyğunluğuna əsaslanır. Ekoloqların fikrincə, ətraf mühitə ən çox ziyan vuran donuz və quşçuluq təsərrüfatlarıdır. Belə ki, onlar xüsusən də azot tərkibli tullantılarla torpağı və havanı çirkləndirirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi