Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83370
az

Zəlzələdə valideynlərini itirən qızın paylaşımı hər kəsi ağlatdı

18:1724 Fevral, 2023
127
DÜNYA
  • A

Gülsüm-Mehmet Börta cütlüyünün Sanko Universitetinin Tibb fakültəsinin tələbəsi olan qızı Merve Börta dağıntılar altında atasının mobil telefonunu tapıb.

Ad günü fevralın 18-də olan Merve Börta atasının mobil telefonuna baxarkən sonuncu sifarişin ad günü hədiyyəsi olduğunu görüb və göz yaşlarına hakim ola bilməyib.

Fevralın 18-i Merve Börtanın valideynləri olmadan ilk doğum günü olub.
 
Merve Börta 18 fevralda ad günündə Tvitter hesabında "Bu gün mənim ad günümdür. Bu gün mənə anamı xatırladır. Deyim ki, hər ad günümü qeyd edən həyatsevər qız idim. Ailəm və dostlarımla qeyd edirdim. Aylar əvvəl bütün dostlarıma, valideynlərimə siyahı hazırlayırdım. Biz yer tuturduq. Ailəm tortdan tutmuş şama qədər hər bir detala diqqət yetirirdi. Ad günümdə bütün sevdiklərim yanımda olurdu. Aylar əvvəl bu gün üçün paltar alırdım. Bu il üçün də bütün planlarımı qurmuşdum. Məndən soruşsanız, dünyada valideynlərimi itirən sonuncu insan olardım. Həyatım bir gecədə dəyişdi. Deyəcəm ki, həyat planlar qurmaq üçün çox qısadır. Gələcəyimizə heç bir zəmanət yoxdur”, - deyə o, paylaşımında bildirib.

Merve Börta imtahandan əvvəl anası ilə son yazışmasının ekran görüntüsünü də paylaşıb. Gənc qız "5 ildir tibb tələbəsiyəm. Hər imtahandan əvvəl anam, atama mesaj yazardım. Mən onlardan mənim üçün dua etmələrini istəyərdim. Anam da mənim qədər həyəcan keçirərdi. Ana və ata, mən sizin üçün çox darıxdım. Kim mənə deyəcək ki, qızım, stress çəkmə?, o, paylaşımda qeyd edib.

Börta ata-anasının qızıllarının və şəxsi əşyalarının dağıntılar altından oğurlanmasına da üsyan edib:

"Ailəmdən qalan qızıl və şəxsi əşyalar dağıntı yerində oğrular tərəfindən oğurlanıb”.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ
Priqojinin məzarını betonladılar - FOTO/VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı