Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83313
az

Almaniyada Ukraynaya silah verilməsinin  dayandırılması üçün petisiya hazırlanıb

19:1023 Fevral, 2023
96
DÜNYA
  • A

Rusiya və Ukrayna arasında davam edən müharibədə federal hökumətin Ukraynaya silah tədarükünü dayandırmaq üçün Almaniya kampaniyasında yüz minlərlə insan iştirak edib.

Oxu24.com xarici mediaya  istinadən xəbər  verir  ki, Sol Partiyasının deputatı Sahra Vaqenknext və jurnalist-yazar Alice Şvarzerin change.org saytında “Sülh Manifestosu” başlığı ilə başlayan petisiyaya 600 mindən çox insan imza atıb.

Bəzi siyasətçilər, sənətçilər, jurnalistlər və politoloqlar petisiyanı ilk imzalayanlar sırasındadır.

Wagenknecht və Schwarzer tərəfindən yazılan məqalədə, münaqişələr bu şəkildə davam edərsə, Ukrayna əhalisinin azalacağını və viran olmuş bir ölkəyə çevriləcəyini bildirərək, "Avropada bir çox insan müharibənin yayılmasından qorxur”,- deyə bəyanatda  qeyd  edilir.

Məqalədə bildirilib ki, Ukrayna Qərbin dəstəyi ilə bəzi döyüşlərdə qalib gələ bilər, lakin dünyanın ən böyük nüvə gücünə qarşı müharibədə qalib gələ bilməz.

Danışıqların təslim olmaq deyil, yüz minlərlə ölümün qarşısını almaq üçün hər iki tərəfə güzəştə getmək mənasına gəldiyinə diqqət çəkən məqalədə Almaniya kansleri Olaf Şolzdan Ukraynaya silah göndərilməsini dayandırmasını, atəşkəs və sülh danışıqlarını dayandırmasını istəyən güclü ittifaqın olduğu bildirilir. 

Məqalədə itirilmiş hər bir günün bir çox insanın həyatı bahasına başa gəldiyini vurğulayan “Bu, bizi üçüncü dünya müharibəsinə bir az da yaxınlaşdırır”. ifadəsindən istifadə edilib.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Makrona cavab verdi
Putin bu tarixdə Çinə gedəcək
İsrail Dəməşqə zərbələr endirdi

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Obyektlərdə 361 kəsici alət aşkarlandı - VİDEO