Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83203
az

Rusiya məhkəməsi   erməni əsilli vətəndaşa 8 il iş kəsdi

12:1022 Fevral, 2023
83
DÜNYA
  • A

Rusiya məhkəməsi  erməni əsilli şəxsi həbs edib.

Erməni əsilli ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il həbs cəzasına məhkum edilib.

Oxu24.com xəbər  verir  ki, bu qərarı Moskva vilayətinin Ximki Məhkəməsi qəbul edib.

2021-ci il dekabrın sonunda Xaçaturyan Moskvada transferlə Los-Ancelesdən İrəvana uçub. O, Şeremetyevo hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, həbs zamanı gömrükçülər ondan patronları olan “Glock 17” döyüş tapançasını müsadirə ediblər.


37 yaşlı erməni qanunsuz silah alverində (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) və silah qaçaqmalçılığında (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 1-ci hissəsi) təqsirli bilinib.

Müdafiə tərəfi cinayət tərkibi olmadığına görə təqsirləndirilən şəxsə 222-ci maddə ilə bəraət verilməsini xahiş edib, çünki aviaşirkət silah olan çantanı yük kimi qəbul edib.

Vəkillərin sözlərinə görə, Xaçaturyan heç bir qanunu pozmadığına əmin olub və baqajından tapılan silahları başqa əşyalarla birlikdə xüsusi olaraq gizlətməyib.

Vəkil İqor Buşmanov bildirib ki, müttəhim silahların daşınması üçün rəsmi sənədlər vermədiyinə görə peşmandır. Müdafiəçilər hökmü qeyri-mütənasib hesab edir və ondan apellyasiya şikayəti vermək niyyətindədirlər.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı