Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82984
az

Malatyada zəlzələ dağı ikiyə ayırıb: İçindən alov topunun çıxdığını deyənlər var - VİDEO

17:1618 Fevral, 2023
109
DÜNYA
  • A

Episentri Kahramanmaraş olan zəlzələlər Malatyanın Doğanşehir rayonunun Kurucaova kəndindəki Kızılzarf dağında böyük çatların yaranmasına səbəb olub.

Zəlzələ zamanı kəndin 42 sakini həyatını itirib. Kurucaova ilə üzbəüz olan dağdakı çatlarla bağlı kənd sakinləri bildiriblər ki, heç vaxt belə bir fəlakət görməyiblər.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Kurucaova ilə üzbəüz dağda böyük çatlar əmələ gəlib.

Həmin gün baş verən 7,6 bal gücündə ikinci zəlzələdə isə çatlar daha da genişlənib.

"Canımızı çətinliklə qurtardıq. Evdən çıxanda kəndin qarşısındakı dağda böyük bir çat əmələ gəldiyini gördük. Dağın ikiyə bölündüyünü görənlər içindən alov topunun çıxdığını dedilər. Çox çətin vəziyyətdəyik. Ümid edirik ki, bu günlər də geridə qalar", - deyə zəlzələ qurbanı olan sakinlərdən biri qeyd edib.

Yerli əhalinin "Ulubaba" dediyi Kızılzarf dağının evlərindən göründüyünü bildirən sakin deyib ki, belə bir fəlakəti yaşlı nəsil belə xatırlamır.


"Hər gün dağın ikiyə bölündüyünü görmək bizə zəlzələnin nə qədər güclü olduğunu göstərir. Quru yollarını, düzənliyi iki yerə ayıran zəlzələ dağı da iki yerə bölüb. Çox böyük bir fəlakət yaşadıq. Belə bir fəlakəti hətta yaşlı nəsil belə xatırlamır. Allah təkrarını yaşatmasın", - deyə əlavə edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi