Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82846
az

Kremlin xəbərdarlığı erməniləri susdurdu

13:0216 Fevral, 2023
101
DÜNYA
  • A

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin "Avropa institutları istiqamətində pay sahibi olanlar sadəcə olaraq ölkəni itirə bilərlər" sözləri Ermənistanda olduqca ehtiyatla qarşılanıb və böyük rezonans doğurub. Aydındır ki, bu xəbərdarlıq bütövlükdə İrəvana ünvanlanıb. Çünki Azərbaycanla sərhədində AB missiyası yerləşdirməkdə maraqlı olan Ermənistandır. Əgər İrəvan buna təhlükəsizliyinin təminatı kimi baxırsa, Kreml bunu Cənubi Qafqazda maraqlarına meydan oxumaq kimi qəbul edir.

OXU24.COM  bildirir ki, Volodinin bəyanatından bir neçə gün keçməsinə baxmayaraq, rəsmi İrəvan hələ də onun sözlərinə şərh verməyə tələsmir. Nəinki erməni hakimiyyəti, hətta tanınmış müxalifət nümayəndələri də reaksiya vermirlər.

Həm iqtidar, həm də müxalifətin susqunluğu isə ermənilərin narazılığına səbəb olur.

Erməni sosial şəbəkə seqmentində, eləcə də bəzi media orqanlarında ölkənin rəsmi qurumlarının Kreml qarşısında susması tənqid edilir. Xüsusilə də Kremlin təhdidi qarşısında qorxu və İrəvanın susqunluğuna görə məyusluq hiss olunur. Bəzi erməni millətçiləri Ermənistan hakimiyyətinin reallığı tam dərk etmədiyini yazır. Hələ ki, yalnız bəzi "müstəqil" (oxu: hakim qüvvəyə yaxın olanlar) ekspert qurumları Volodinin sözlərinə yumşaq şəkildə cavab verir.

Köçəryan və Sərkisyan komandası isə ümumiyyətlə Kremlin təhdidi ilə bağlı istənilən mövzudan qaçır.

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı