Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82718
az

Rusiya “gizli yolla” Vardanyanı niyə Xankəndiyə qaytardı?

22:5314 Fevral, 2023
128
  • A
Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir.
 
Bu sözləri politoloq Elxan Şahinoğlu Ruben Vardanyanın Xankəndiyə geri qaytarılması barədə məlumata münasibətində qeyd edib.
 
O bildirib ki, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib:
 
"Rusiyalı rəsmilər Azərbaycanla "strateji tərəfdaşlıqdan" ağır dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Bu suallar açıq qalır: 1. Ruben Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar? 2. Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib? 3. Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?
 
Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmilər və diplomatlar heç zaman suallara aydınlıq gətirmədilər. Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə, Xovayevin "sülh" barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz buna heç zaman razılaşa bilmərik".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər