Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82707
az

İranın Baş prokuroru Bakıya zəng etdi

21:3414 Fevral, 2023
121
DÜNYA
  • A

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri Azərbaycan Baş prokuroru Kamran Əliyevə zəng edib. 

Oxu24.com  xəbər verir ki, Montazeri yanvarın 27-də ölkəmizin Tehrandakı Səfirliyində törədilmiş cinayətə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığı verib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında məlumatlandırıb.

Kamran Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək cinayət işinin istintaqının davam etdiyini diqqətə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda hər iki tərəf cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir
ABŞ dövlət katibi Yaxın Şərqə səfər edəcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü