Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82297
az

\"Sergey Şoyqu vəzifəsindən azad edilə bilər\"

10:0010 Fevral, 2023
113
  • A

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu vəzifəsindən azad oluna bilər”.

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bəzi rusiyalı fəallar S.Şoyqunu hərbi forma alqı-satqısında ittiham edirlər: “Onlar müdafiə nazirini istefaya çağırırlar. İddialara görə, həmçinin yeni formalar keyfiyyətsiz və bahadır. Bir formanın qiyməti təxminən 130-210 min rubldur. “Vaqner” muzdlu hərbi təşkilatına yaxın mənbələr Şoyqunun xalq qarşısında etibarını itirdiyini bildirirlər. Onların fikrincə, Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirini işdən çıxarandan sonra vəziyyət düzələ bilər”.

Məlumatda, həmçinin bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının maliyyəçisi Yevgeni Priqojin məhbusların “Vaqner”çilərin sırasına daxil edilməsi prosesinin tamamilə dayandırıldığını bildirib: “Məhbusların “işə götürülməsində” müəyyən məhdudiyyətlər ola bilər. Amma proses davam edəcək”.

ABŞ analitiklərinin fikrincə, Rusiya müharibəyə nə qədər tankla başlamışdısa, onlardan yarısını itirib: “Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, müxtəlif silahların, həmçinin tankların istehsalı artırılmalıdır. Yəqin ki, bu, itkiləri kompensasiya etmək üçündür”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı
Məktəblərdə mobil telefonlar qadağan edildi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı