Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82165
az

Gürcüstan Türkiyəyə əlavə yardım göndərib

22:1408 Fevral, 2023
85
  • A

Mərkəzi Kahramanmaraşda olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Gürcüstan Türkiyəyə 40 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Oxu24.com xəbər  verir  ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən yazılı açıqlamada daha bir axtarış-xilasetmə qrupunun Türkiyəyə göndərildiyi bildirilib.

Açıqlamada, qrupun Adıyamanda çalışan 60 nəfərdən ibarət ilk qrupla birlikdə axtarış-xilasetmə işlərinə davam edəcəyi bildirilib.

Digər tərəfdən, Gürcüstan prezidenti Salome Zurabişvili Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Tiflisdəki səfirliyini ziyarət edib və burada açılan başsağlığı kitabını imzalayıb.

Paytaxt Tbilisidə Gürcüstan parlamentində keçirilən iclasda Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyanın açılışında çıxış edən parlamentin sədri Şalva Papuaşvili Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə parlamentdə yardım kampaniyasına başlanıldığını açıqlayıb.

"Biz bütün deputatları bu xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirik", - Papuaşvili bildirib.

Tbilisi qülləsi Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb

Paytaxt Tbilisinin simvollarından biri olan Tbilisi Qülləsi Türkiyədə baş verən zəlzələlərə görə Gürcüstanla həmrəylik nümayiş etdirmək üçün Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

Tiflis Bələdiyyəsinin açıqlamasında "Tiflis sizinlədir. Türk xalqına dəstək və əməkdaşlıq əlaməti olaraq Tiflis qülləsi Türkiyə bayrağının rənglərində işıqlandırıldı" deyilir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb