Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81991
az

Kahramanmaraşda azərbaycanlı tələbə itkin düşüb

15:3507 Fevral, 2023
79
DÜNYA
  • A
Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb. Bu barədə Oxu24.com-a açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib. O, Kahramanmaraşda oxuyan bir tələbə haqqında heç bir məlumat ala bilmədiklərini söyləyib: "Çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”. H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşta olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq: "Təxliyə Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq". Türkiyənin Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur: “Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib. Zəlzələ nəticəsində ölənlərin sayı 3 419 nəfərə çatıb, 20 534 nəfər yaralanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Britaniyanın rus diplomatlarına qarşı mövqeyinə belə reaksiya verdi
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Rusiyasız sülh şansı azdır - Ərdoğan

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı