Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81830
az

Aİ Gürcüstanı sanksiyalarla hədələyib

20:3605 Fevral, 2023
121
  • A

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.

OXU24.COM APA-ya istinadən bildirir ki, Peter Stano deyib ki, Gürcüstan Rusiyaya münasibətdə Avropa İttifaqının aviaəlaqələrlə bağlı tətbiq etdiyi sanksiyalara riayət etməlidir.

Peter Stano bildirib ki, Avropa İttifaqının sanksiya rejimi anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə görə sanksiyaları da nəzərdə tutur: "Avropa İttifaqı Gürcüstan və Rusiya arasında birbaşa aviaəlaqələrin mümkün bərpası barədə aparılan müzakirələrdən xəbərdardır".

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
ABŞ-da yeni
Bəy gəlini