Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81759
az

Yaponiya qocalır

15:5603 Fevral, 2023
128
DÜNYA
  • A

Doğum səviyyəsinin aşağı düşməsi və yaşlı əhalinin artması ilə Yaponiya gələcəkdə “baba və babalar ölkəsi” ola bilər.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Şərqi Asiya ölkəsi Yaponiyada illik doğum sayı ilk dəfə 2022-ci ildə 800 mindən aşağı düşüb.

2023-cü ilin əvvəlinə olan məlumata görə, Yaponiyanın 124,77 milyonluq əhalisinin 29 faizi 65 yaşdan yuxarı, 11,6 faizi isə 0-14 yaş aralığındadır.

Yaponiya 65 və yuxarı yaşda olan ümumi əhalinin sayına görə dünyada birinci yerdədir. Onu 24,1 faizlə İtaliya, 23,3 faizlə Finlandiya izləyir.

Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci il məlumatına görə, 75 və yuxarı yaşda olan əhalinin sayı 19,3 milyon nəfərə, 65 və yuxarı yaşda olanların sayı isə 36,2 milyon nəfərə yüksəlib.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2021-ci il məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 86 mini ötüb. Yaşı 100-dən yuxarı olan əhalinin sayı 51 il ardıcıl olaraq artır.

Əhali və Sosial Təminat Tədqiqatları üzrə Milli İnstitutun məlumatına görə, 2040-cı ilə qədər 65 və daha yuxarı yaşda olan insanların nisbəti Yaponiyada ümumi əhalinin 35 faizini keçəcək.

Hökumət tədbirlər axtarır

Yaponiyanın Baş naziri Kişida Fumio, Yaponiyanın doğum nisbətlərinin aşağı düşməsi ilə "sosial funksiyalarını itirmək ərəfəsində" olduğunu və bu il uşaq tərbiyəsi siyasətlərinə diqqət yetirəcəklərini açıqlayıb.

Tərcümə:Aynurə Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ