Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81735
az

ABŞ Rusiyanın nə qədər itki verdiyini açıqladı

20:0302 Fevral, 2023
79
DÜNYA
  • A

ABŞ Rusiyanın Ukraynada  nə qədər əsgər itirdiyini açıqlayıb.

ABŞ və digər Qərb ölkələrinin rəsmiləri hesab edir ki, Ukraynada həlak olan və yaralanan rus əsgərlərinin sayı 200 minə yaxınlaşır.

Oxu24.com xəbər  verir   ki, Bu barədə The New York Times məlumat yayıb.

Qəzetin yazdığına görə, bir neçə aydır ki, ən qızğın döyüşlərin getdiyi Baxmut uğrunda gedən döyüşlərdə ən böyük itkilər Rusiyaya verilib.

Moskvanın bütün Şərqi Donbasın ələ keçirilməsinin açarı kimi gördüyü şəhəri ələ keçirmək üçün Rusiya ordusu zəif təlim keçmiş əsgərlərdən və keçmiş məhbuslardan istifadə edib. Qəzetin  məlumatına görə, Rusiya hərbi idarəsi sonuncunu istehlak materialları hesab edir.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli sözçüsü Kolin Kalın sözlərinə görə, Rusiya hərbçilərinin bu cür taktikaları Rusiyanın silah-sursatının, o cümlədən artilleriya mərmilərinin tükənməsi ilə bağlıdır. Departament sözçüsü bildirib ki, ruslar bu çatışmazlığı “məhbusları dalğalar şəklində Baxmut və Soledar kimi yerlərə göndərməklə” doldururlar.


Eyni zamanda, nəşr qeyd edir ki, insan itkiləri çətin ki, Vladimir Putinin hərbi məqsədlərinə mane ola bilər, çünki Moskvanın “böyük qələbəyə çox ehtiyacı var”.

“Əslində Rusiyanın itkilərinin nə qədər böyük olmasının əhəmiyyəti yoxdur, çünki onların ümumi insan resursları Ukraynanınkından qat-qat çoxdur. Rusiyada bir əsgərin həyatı heç nəyə dəyməz. Digər tərəfdən, ölən əsgər necə ölsə də, qəhrəmandır. Bütün ölən əsgərlər dəyişdirilə bilər və itkilərin sayı müharibə haqqında ictimai rəyi dəyişməyəcək”, - qəzet Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salmanın sözlərini sitat gətirir.

Ukraynanın itkiləri ilə bağlı NYT ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millinin qiymətləndirməsinə istinad edir. 2022-ci ilin noyabrında o, münaqişənin hər iki tərəfinin 100 mindən çox insan itirdiyini bəyan edib. Eyni zamanda, nəşr qeyd edir ki, Baxmut uğrunda döyüşlərdə Ukraynanın itkiləri Rusiyanın itkiləri ilə müqayisə oluna bilər.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bavariyada bir rus iki ukraynalını öldürüb
WP: Zelenski səfərbər olunanları qorxutmamaq üçün  itkilərin sayını az göstərir
Mask Çinə getdi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü