Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81616
az

Saakaşvili onu Ukraynada dəfn etməyi vəsiyyət edib

14:3701 Fevral, 2023
67
DÜNYA
  • A

Mixail Saakaşvili vəsiyyət edib.

 

Oxu24.com xəbər verir  ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə iclasında bildirib ki, ölümündən sonra Ukraynada dəfn olunmasını  istəyir.

 

“Qələbəmizə tam əminəm, amma bu qədər yaxın olan bu qələbəni görməsəm, ürəyim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya məxsusdur”, -  deyə  Saakaşvili müalicə aldığı Tbilisidəki “Vivamed” özəl klinikasından videobağlantı vasitəsilə məhkəmədə bildirib.

 

Eks-prezident Ukrayna dilində danışıb. Onun çıxışını məhkəməyə dəvət olunmuş tərcüməçi tərcümə edib. Saakaşvili çıxışını bitirdikdən sonra ukraynalı köynəyini qaldırıb və məhkəmə qarşısında fiziki vəziyyətini nümayiş etdirib və “qeyri-estetik görüntülərə görə” hamıdan üzr istəyib.


“Yalnız xahiş edirəm ki, mənə adekvat müalicə imkanı versinlər...”, Saakaşvili məhkəməyə müraciət edərək deyib.

Hakim görüntü ekranını bağlayıb və Saakaşvilidən geyinməyi xahiş edib. Bundan sonra görüntü  dayandırılıb və məhkəmə müdafiə tərəfinin şahidlərini dinləməyə davam edib.

Bu gün Tbilisi şəhər məhkəməsində Saakaşvilinin vəkillərinin səhhəti ilə bağlı onun müvəqqəti və ya tam azadlığa buraxılması ilə bağlı vəsatəti ilə bağlı növbəti iclas keçirilir. İclasda onlar səhiyyə sahəsi üzrə mütəxəssisləri, həmçinin Vivamed klinikasının həkimlərini dinləməyi planlaşdırırlar.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydenin ABŞ-da İsrailə hücumun analoqunu hazırlamağa hazır olduğunu açıqlayıb
Günün dördüncü UAF pilotsuz təyyarəsi Belqorod vilayətində vurulub
Rəsmilər gizli şam yeməyində görüşəcək

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi