Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81503
az

İsrailin İrana hücumunun detalları açıqlanıb

14:5131 Yanvar, 2023
96
DÜNYA
  • A

İsrail bazar günü gecə İrana hücumun məqsədlərinə çatdığını qeyd edib

 

Oxu24.com xəbər  verir  ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

 

Qəzet mənbələrinin məlumatına görə, hücumu İsrailin xarici kəşfiyyat xidməti Mossad həyata keçirib.

Hədəf İran Müdafiə Nazirliyinin İsfahanda adı açıqlanmayan silahlar istehsal etdiyi iddia edilən obyekt olub.


Qeyd  edək  ki,  yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib.

Daha sonra İran Müdafiə Nazirliyi bəyan edib ki, yanvarın 28-də pilotsuz uçuş aparatlarından istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum həyata keçirilib.

Nazirliyin məlumatına görə, bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib. Eyni zamanda, bəyanatda rəsmi Tehranın hücumda kimin əli olduğunu düşündüyü açıqlanmayıb.

İsrail İsfahandakı partlayışlarda əlinin olduğunu rəsmi açıqlamayıb.

 

Tərcümə: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək