Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81343
az

Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib

09:4728 Yanvar, 2023
83
DÜNYA
  • A
Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycanın səfirliyinə edilən və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib. Oxu24.com xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlik Küveyt Dövlətinin zorakılığa və terrora qarşı prinsipial və dəyişməz mövqe tutduğunu vurğulayıb, bu hadisədə Azərbaycan Respublikası ilə həmrəyliyini və onun yanında olduğunu qeyd edib. Küveyt XİN Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib. Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi