Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81324
az

Türkiyəli general: “Bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir”

16:5127 Yanvar, 2023
213
  • A
“Hər hansı bir adamın əlinə silah alıb səfirliyin işçisinə hücum edərək onu öldürməsi mümkün deyil. Hesab edirəm ki, bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir”. Bu fikirləri “Report”un Ankara Bürosuna ehtiyatda olan türkiyəli general Yücel Karauz Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı terrorla bağlı mövqeyini bildirərkən deyib. “Bir ölkədə başqa bir ölkənin diplomatik korpusununun qorunması, mühafizəsi o dövlətin ən əsas vəzifəsidir. İran-Azərbaycan münasibətlərindəki mövcud durumu nəzərə alaraq, bu mühafizənin daha da gücləndirilməsi lazım olduğu halda, belə bir hadisənin baş verməsini sıradan bir hadisə kimi qiymətləndirmək olmaz”, - Y.Karauz əlavə edib. Generalın fikrincə, bu hadisədə İran dövləti məsuliyyət daşıyır. “Bu cür terror hadisələrinin təkrarlanmaması üçün çox diqqətli olmaq lazımdır”, - o, vurğulayıb. General qeyd edib ki, məsələyə Türkiyənin rəsmi mövqe bildirməsi bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirdi: “Şuşa Bəyannaməsi ilə tarixdə münasibətləri ən üst səviyyəyə gələn Türkiyə-Azərbaycan əlaqələrinin bir nümunəsi olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu hadisəyə ən tez şəkildə mövqeyini bildirdi, həmkarı Ceyhun Bayramovla əlaqə saxladı və Azərbaycanı dəstəklədiyini bir daha vurğuladı. Türkiyə hər şeydən öncə Qafqazda daimi sülh istəyir. Azərbaycan zəfərindən kimsə narahat olmamalıdır. Nə Türkiyənin, nə Azərbaycanın başqalarının torpaqlarında gözü yoxdur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb