Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81102
az

Quranın yandırılmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur - Mövlud Çavuşoğlu

12:5722 Yanvar, 2023
139
DÜNYA
  • A
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Qurani-Kərimin nüsxəsinin yandırılması ilə bağlı təxribata icazə vermək qərarını kəskin şəkildə pisləyib.
 
OXU24.COMTrend-ə istinadən bildirir ki, M.Çavuşoğlu bildirib ki, İsveçdə hər hansı başqa kitabın yandırılmasına və ya başqa dinə hücumlara icazə verilmir, ancaq Qurana gələn kimi dərhal vətəndaşların müəyyən hüquq və azadlıqlarına istinad edirlər.
 
Nazir vurğulayıb ki, heç kimin "söz azadlığının təzahürü" ilə İslam əleyhinə təxribata haqq qazandırmağa haqqı yoxdur.
 
Nazir xatırladıb ki, anti-islam təxribatına icazə verilməsinə cavab olaraq Skandinaviya ölkəsinin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin Stokholmdakı səfiri Yonet Can Tezel bu ölkənin xarici işlər naziri Tobias Bilström ilə birbaşa əlaqə saxlayıb:
 
"Bu, İslam əleyhinə alçaq bir aksiyadır. Nifrətin, ksenofobiyanın və irqçiliyin təzahürünün söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti aksiya başlamazdan əvvəl lazımi addımları atacaq. Əks halda, aksiya bütün dünyada kəskin mənfi rezonans doğuracaq".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
NATO bu ölkədə təlim keçirəcək

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ