Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80662
az

Əfqanıstanda keçmiş deputat güllənərək qətlə yetirilib

09:4416 Yanvar, 2023
143
DÜNYA
  • A

Əfqanıstanın paytaxtı Kabulda ölkə parlamentinin keçmiş deputatı Mürsəl xanım Nəbizadə naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilib.

Oxu24.com  xəbər verir ki, məlumatı yerli “Hast-e-Subh” qəzeti yayıb.

Bildirilib ki, o, Kabulun şərqində yaşadığı evin qarşısında gecə saatlarında qətlə yetirilib. “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirənədək Mürsəl Nəbizadə deputat olub.

İnformasiyaya əsasən, silahlı hücum nəticəsində keçmiş deputatın qardaşı da yaralanıb. Hadisənin səbəbi hələ ki məlum deyil.

Hadisəni Kabul Polis İdarəsinin katibi Xalid Zadran da təsdiqləyib. Onun sözlərinə görə, “Taliban” hökumətinin yerli təhlükəsizlik qüvvələri təhqiqat aparır. Hələ ki qətlin məsuliyyətinin heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.

Xatırladaq ki, “Taliban” qruplaşması 2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirib. O vaxtdan ölkədə dövlətin bütün seçkili orqanları, o cümlədən parlament fəaliyyətini dayandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kuba prezidenti mayın 9-da Moskvaya gələcək
Çexiya ABŞ-la birgə təlimlər keçirəcəyini açıqlayıb
Amerika Viper helikopterləri uzaq mənzilli raket alacaq

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO