Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80448
az

Məşhur aktyor ölkəsindən qaçdı

19:2610 Yanvar, 2023
80
DÜNYA
  • A

“Əfqan Brüs Li” adlandırılan Əfqanıstandan olan aktyor Abbas Əlizadə vətənini tərk edərək İngiltərəyə köçmək məcburiyyətində qalıb.

Oxu24.com  xəbər  verir   ki,  Abbas  Əlizadə bu barədə Kanadanın “Toronto Star” nəşrinə müsahibəsində danışıb.


Aktyorun sözlərinə görə, Əfqanıstanda Taliban hərəkatının meydana çıxması ilə digər əfqan sənətçiləri, idmançıları və musiqiçiləri kimi o da təhlükə altında idi, çünki onların fəaliyyəti “qeyri-islami” hesab olunur.

Əlizadə aktyor və xəzər etnik qrupunun nümayəndəsi kimi bir ildən çox gizlənməyə məcbur olub. O, axtarışa verilməsə də, diqqəti cəlb etməmək və populyarlığına görə həbs edilməmək üçün saqqal saxlayıb.

Aktyorun sözlərinə görə, o, Hollivud rejissorlarından biri ilə əlaqə saxlayıb və 2020-ci ildə ABŞ-a iş vizası almağa yaxın olub, lakin Talibanın gəlişi ilə Amerikanın Kabildəki səfirliyi bağlanıb və Əlizadə heç vaxt ondan cavab almayıb.

ABŞ-ın İslamabaddakı ofisinən məktub  yazsa da, bu da nəticəsiz olub.

 Əlizadə 2022-ci ilin dekabrında Britaniya QHT-si tərəfindən sponsorluq edilən və təxliyə edilən 32 əfqan idmançı ilə birlikdə ölkədən qaçanlar  arasında  olub.

O, Böyük Britaniyada yaşayış icazəsi alıb və hazırda Mançesterdə yaşayır. Aktyor deyir ki, tezliklə arzusunu reallaşdıracaq - 2023-cü ilin yayında işləməsi planlaşdırılan Hollivud filmində rol alacaq.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Polis Bakıda kəsici-deşici alətlərin satışının qarşısını aldı - VİDEO