Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80379
az

Türkiyə yeni qırıcısını hazır edir

17:4109 Yanvar, 2023
102
DÜNYA
  • A

Beşinci nəsil türk hərbi təyyarəsi 2023-cü ilin sonuna qədər uçacaq.

Oxu24.com “Anadolu” agentliyinə  istinadən  xəbər verir ki, bu barədə “Türk Havacılık ve Uzay Sanayii”nin (TUSAŞ) baş direktoru Temel Kotil CNN Türk telekanalının efirində bildirib.

O xatırladıb ki, ilkin olaraq prototip təyyarənin ilk uçuşu 2025-ci ilə planlaşdırılıb, lakin şirkət layihənin sürətinin sürətləndirilməsi sahəsində uçuş tarixinə yenidən baxmaq qərarına gəlib.


Kotil Türkiyənin müdafiə sənayesindəki inkişaflara dünyanın bir çox ölkəsinin marağına diqqət çəkib.

“Layihə planlaşdırıldığından daha sürətlə irəliləyir. Onlar 2025-ci ildə prototipi uçurmağı planlaşdırırdılar, lakin bu, ilin sonuna qədər həyata keçiriləcək”, -  deyə  şirkətin baş direktoru bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər təyyarə sistemlərinin təkrar sınaqları ilə məşğuldurlar.

Türkiyə istehsalı olan beşinci nəsil təyyarələr 2030-cu ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələri ilə xidmətdən çıxması planlaşdırılan Amerikanın dörd nəsil F-16 qırıcılarını əvəz edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı