Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80336
az

DÜNYANI ŞOK EDƏN AÇIQLAMA: "RUSİYANIN DAĞILMASINA HAZIR OLUN"

23:4908 Yanvar, 2023
95
DÜNYA
  • A

Qərb üçün yaxşı və ya pis olmasından asılı olmayaraq, Rusiyanın dağılmasına hazır olmaq lazımdır.

"OXU24.COM " xəbər verir ki, bunu ABŞ-ın Rutters Universitetinin professoru Aleksandr Motıl “Foreign Policy” üçün yazdığı məqaləsində deyib.

“Rusiyanın Ukraynadakı məğlubiyyəti daha da aydınlaşdıqdan sonra onun baş verə biləcəyi müxtəlif ssenarilər var. Çox güman ki, bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsidir. Bundan sonra hərbi səyləri davam etdirmək və mövcud siyasi iyerarxiyanı məhv etmək istəyən ifrat sağçı millətçilərlə sistemin mövcudluğunun saxlanılması, müharibəni bitirmək və Rusiyada islahatlar aparmaq məqsədi daşıyan yarıdemokratik hərəkatın canlanmasında maraqlı olan avtoritar mühafizəkarlar arasında hakimiyyət uğrunda şiddətli mübarizə başlayacaq. Biz kimin qalib gələcəyini deyə bilmərik, amma əminliklə proqnozlaşdıra bilərik ki, hakimiyyət mübarizəsi rejimi zəiflədəcək”, - Motıl bildirib.

Onun sözlərinə görə, zəifləmiş rejim və zəif işləyən iqtisadiyyat rusların silahlanıb küçələrə çıxmasına səbəb ola bilər. Bundan əlavə, Rusiya Federasiyasının bəzi subyektləri daha böyük müstəqillik seçmək qərarına gələ bilərlər:

“Əsas namizədlər Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və Saxadır. Rusiya bu sarsıntılardan sağ çıxsa, çox güman ki, Çinin müştəri dövlətinə çevriləcək. Əks halda Avrasiyanın xəritəsi çox fərqli görünəcək”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı