Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80214
az

İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı qərar verildi

20:0005 Yanvar, 2023
114
DÜNYA
  • A

İran rəsmiləri hökumətə qarşı keçirilən nümayişlərdə aksiya iştirakçılarını dəstəklədiyi üçün ötən ay həbs edilən məşhur aktrisa Taraneh Alidoostini məhkəmə keçirilənədək sərbəst buraxıb.

Tehranda yerləşən Evin həbsxanasının qarşısında başı açıq şəkildə görüntülənən Alidoostini dostları qarşılayıb.

Sosial media hesabında hicabsız şəkil paylaşaraq ilk dəfə etirazçılardan birinin edam edilməsini qınayan 38 yaşlı aktrisa "təhrikedici məzmun yaydığı" ittihamı ilə həbs edildikdən bir müddət sonra barəsində araşdırma yekunlaşanadək azadlığa buraxılıb.

Bugünədək bir çox iranlı aktyor, musiqiçi və digər məşhur şəxslər etirazçılara dəstək nümayiş etdrib.

Alidoosti həbs edilməmişdən bir neçə gün əvvəl, edam olunan ilk etirazçı Mohsen Sekari barəsində verilən edam qərarına qarşı çıxıb və beynəlxalq təşkilatları buna reaksiya verməyə çağırıb.

Milyonlarla izləyicisi olan Instagram hesabı bağlanmamışdan əvvəl Taraneh Alidoosti status paylaşaraq, "bu qətliamı izləyən və insanlıq naminə heç bir tədbir görməyən beynəlxalq təşkilatların səssizliyi utancvericidir" sözlərini yazıb.

OXU24.COM  BBC Azərbaycan-a istinadən xəbər verir ki, İranın dövlət xəbər agentliyi İRNA Alidoostinin "irəli sürdüyü iddialarla bağlı heç bir sübut" təqdim etmədiyi üçün həbs olunduğunu bildirib.

Alidoosti İranın ən uğurlu aktrisalarından biridir. O, 2016-cı ilin Ən Yaxşı Beynəlxalq Uzun Metrajlı film nominasiyası üzrə Akademiya Mükafatına layiq görülən "Satıcı" filmində oynayıb.

Taraneh Alidoosti hüquq mühafizə orqanlarının təzyiqləri nəticəsində öldürülən etirazçıların ailələrinə dəstək vermək məqsədi ilə aktrisa fəaliyyətinə müvəqqəti fasilə verib və nəyin bahasına olursa olsun İranda qalacağını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi