Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80027
az

Rusiyalı turistlərin Azərbaycana axını başlayıb - SƏBƏB

19:2903 Yanvar, 2023
123
DÜNYA
  • A

Rəsmi məlumatlara görə, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 458 min 786 turist gəlib.

Ölkəmizə gələn turistlər arasında say baxımından son illərə qədər ilk yeri Türkiyə tutsa da, ötən il ən çox xarici turist Rusiyadan gəlib. Keçən ilin müvafiq dövründə Rusiyadan Azərbaycana 404095 turist gəlib.

Oxu24.com bizim.media-ya istinadən bildirir ki, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimovun dediyinə görə, Ukrayna müharibəsi və Avropa bazarının Rusiyanın üzünə bağlı olması həmin ölkə turistlərinin xarici səyahətlər zamanı digər başqa ölkələr kimi Azərbaycana da üz tutmalarına səbəb olub:

"Rusiyalı turistlər hər zaman Azərbaycana maraq göstəriblər. İndiki halda məlum vəziyyətlə əlaqədar olaraq Rusiya Qərbin sanksiyaları altındadır. Bu səbəbdən də qonşu ölkə turistləri Avropa və Amerikaya səyahət edə bilmirlər.

Həmin səbəbdən də rusiyalı turistlər digər marşrutları seçməyə üstünlük verirlər ki, bu zaman da onların seçdiyi ölkələr arasında Azərbaycan da ön yerlərdən birini tutur. Azərbaycan xalqının qonaqpərvərliyi, turizm üçün burada yaradılan infrastruktur onları gəzinti və istirahət üçün məkan seçərkən Azərbaycana üstünlük verməyə həvəsləndirir.

Proses belə düşünməyə əsas verir ki, Rusiyadan gələn turistlərin sayında bu il də artım olacaq və qonşu ölkə Azərbaycana istirahətə gələnlər arasında yenə də öz birinciliyini qoruyub saxlayacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO