Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79586
az

Rusiya bizi dəhliz verməyə məcbur edir - Qriqoryan

21:4427 Dekabr, 2022
952
  • A

Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən İctimai Televiziyanın efirində deyib.

Onun sözlərinə görə, 13 sentyabr hadisələri, eləcə də Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verib.

Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur:

"Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqli yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin eskalasiyası da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur", - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını da təsdiqləyib:

"Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Konstitusiyaya görə Ermənistan suveren dövlətdir və belə də qalacaq. Suverenliyin qorunması hazırkı Ermənistan hökumətinin missiyasıdır. İttifaq Dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, ona hərbi güc formasında başqa cür təzyiqlər edilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı