Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79550
az

Putini kim öldürmək istəyir? - Lavrovdan sensassion açıqlama

12:5327 Dekabr, 2022
215
DÜNYA
  • A

Rusiya rəsmən olaraq Putinin qətl planının hazırlanması  xəbərlərinə reaksiya verib.

Pentaqonun “adsız məmurlar”ın Kremlə “başı kəsmə zərbəsi” vurması ilə bağlı açıqlamaları  əslində Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən xəbər  verir.

Oxu24.com  xəbər  verir   ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Vaşinqton ən uzağa getdi: orada Pentaqonun bəzi “adı açıqlanmayan rəsmiləri” əslində Kremlə “başı kəsiləcək zərbə” vurmaqla hədələdilər. Söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir. Əgər bu cür ideyalar həqiqətən kiminsə ağlına gəlirsə, bu şəxs belə planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, - Lavrov bildirib.


Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri nüvə sahəsində Qərbdən gələn qarşıdurma siqnallarını xatırladıb.

“Görünür, onlar hər hansı ədəb-ərkandan tamamilə imtina ediblər. Xüsusilə, seçkiqabağı debatlar zamanı heç bir şübhə doğurmadan nüvə zərbəsi əmrinə tam hazır olduğunu bəyan edən bədnam Liz Truss (Böyük Britaniyanın keçmiş baş naziri) açıq şəkildə qeyd olunub”, - nazir qeyd edib.

“ Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri vurmağı tələb edir. Bu da məqbul olan hüdudları aşır. Lakin biz rejim liderlərindən belə şeylər eşitməmişik”, - Lavrov əlavə edib.

 

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü