Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79539
az

İran edamları artırıb

10:4727 Dekabr, 2022
170
  • A

İranda edam hökmlərinin icrasının sayı ötən illə müqayisədə 88 faiz artıb.

Bu barədə İranda İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) illik hesabatında bildirilib.

Məlumata görə, agentlik cari ildə 267 xəbər mənbəyi tərəfindən yayımlanan insan hüquqlarının vəziyyəti ilə bağlı 13 342 hesabatı toplayaraq təhlil edib.

Bildirilib ki, ötən il ərzində İran vətəndaşları fundamental hüquqlarının kobud şəkildə pozulması ilə üzləşiblər.

Təşkilatın hesabatına əsasən, 2022-ci ildə 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olmaqla 501-nin kimliyi müəyyən edilib.

Agentlik qeyd edib ki, cari ildə tələblərinin cavabsız qalması səbəbindən 31 əyalətdə qrup halında vətəndaşlar azı 3046 etiraz aksiyası keçirib.

Hesabata əsasən, 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 13 dəfədən çox artıb. Buraya son üç ayda mülki, ideoloji və ya siyasi fəaliyyətə görə həbs edilən 23 977 vətəndaş da daxildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyaca məşhur aktyor vəfat etdi
Rusiya zirehli texnikası Yalamada – VİDEO
Lavrov dünyanın bütün problemlərinin səbəbini AÇIQLADI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub