Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79398
az

İsrail "Dəmir Günbəzi" Ukraynaya niyə verimir? - GENERALDAN AÇIQLAMA

12:0825 Dekabr, 2022
155
DÜNYA
  • A

İsrail "Dəmir Günbəzi" Ukraynaya verməkdən ehtiyat edir.

İsrail silahların Rusiya vasitəsi ilə  İranın əlinə keçə biləcəyindən narahatdır.

Oxu24.com xəbər  verir  ki,bu barədə ABŞ-ın “National Interest” nəşrində məqaləsi dərc edilmiş İsrail Müdafiə Qüvvələrinin istefada olan briqada generalı Yaakov Nagel bildirib.


Nagel izah edib ki, Dəmir Qübbə iranlıların əlinə keçərsə, sistem haqqında məlumat Həmas və Hizbullaha ötürüləcək. Bu da yəhudi dövlətinin hava hücumundan müdafiəsinin effektivliyinə mənfi təsir göstərəcək.

O, “Dəmir günbəz”in Kiyevə verilməsinə mane olan daha üç səbəbi açıqlayıb. Qübbələrin ötürülməsi İsrailin hava hücumundan müdafiəsinin səviyyəsini aşağı salacaq, çünki bu, komplekslərin çatışmazlığına səbəb olacaq.

Bundan əlavə, Nagelin fikrincə, sistemlərin ötürülməsi Ukraynanın hava hücumundan müdafiə sisteminin effektivliyinin sürətlə artmasına səbəb olmayacaq, çünki Qübbə operatorlarının hazırlanması uzun müddət tələb edir. Bu nöqteyi-nəzərdən Nagel hesab edir ki, “Patriotlar” daha effektivdir, çünki onlar xidmət üçün o qədər də uzun hazırlıq tələb etmirlər.

Dördüncü səbəb, Rusiyanın Suriyada hərbi mövcudluğunu nəzərə alaraq, Qüdsün Moskvanın mənfi reaksiyasından qorxmasıdır.

İsrail mediası Nagelin məqaləsinin Vladimir Putinlə Benyamin Netanyahu arasında telefon danışığı barədə məlumat yayılandan az sonra dərc edildiyinə diqqət çəkib.

 

Tərcümə: Nigar Oktayqızı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO