Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79305
az

Belçika və Lüksemburq rusiyalı investorların aktivlərini açıb

18:4023 Dekabr, 2022
54
DÜNYA
  • A

Belçika və Lüksemburqun Maliyyə nazirlikləri rusiyalı investorların 55 milyard dollardan çox məbləğdə aktivlərini müvəqqəti olaraq blokdan çıxarıblar.

Oxu24.com xəbər  verir  ki,söhbət beş milyon Rusiya vətəndaşına məxsus xarici qiymətli kağızlardan gedir.

Xarici KİV-lər yazır ki, indi onların sanksiya altında olmayanlar öz vəsaitlərini geri çəkmək şansı əldə edəcəklər.

Aktivlər Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra Belçika və Lüksemburqdakı banklar tərəfindən bloklanıb.

Rusiyalı investorlar bu səhmləri Moskva və Sankt-Peterburq birjalarında alıblar. Rusiyada qiymətli kağızların sahibləri haqqında məlumatlar Milli Hesablaşma Depozitarında, o isə öz növbəsində onları Avropanın Euroclear və Clearstream depozitarlarında saxlayırdı.

Aktivlər yanvarın 7-dək açıqdır. Bu müddətin bir hissəsi Avropada Milad bayramlarına, bir hissəsi Rusiyada Yeni il tətillərinə düşür.

 

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Delimitasiya ilə bağlı etiraza erməni deputatlar da qoşuldu - VİDEO
Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər