ABŞ Prezidenti Cozef Bayden 2023-cü il üçün orduya ayrılan 858 milyard dollar məbləğində müdafiə büdcəsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl müvafiq qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.
Sənəd, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Avropada Rusiyaya qarşı yönəlmiş məhdudiyyətlər üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.
Qeyd edək ki, bu ABŞ-ın son illər orduya ayırdığı rekor sayda büdcə hesab edilir. Bununla da ABŞ dünyada orduya ən çox pul ayıran ordu olub.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR