Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79260
az

Paşinyandan növbəti BAĞIŞLANMAZ SƏHV - Türkiyə və Azərbaycanı aldadır ...

22:5422 Dekabr, 2022
171
DÜNYA
  • A

"Ermənistanın səsinə səs verənlər, onlara züy tutanlar bilavasitə erməni saxta təbliğatının təsiri altında olan qüvvələrin mövqeyidir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistan elə bilir ki, Kremlin orbitindən çıxsa, ağ günə çıxacaq:

"Azərbaycanın haqq sözü eşidilir. Ona baxmayaraq Qərb və ABŞ ermənilərin yenə də başdan-ayağa yalanla yoğrulmuş təbliğatına, onun informasiya köklənən qüvvələrdir və onlar bir qayda olaraq bu proseslərdə balanslı yanaşma göstərmirlər. Onlar bir tərəfin, bir qütbün səsini eşidirlər. 

Ermənistanın indiki hakimiyyəti də, onun daxilində oturan Qərbin 5-ci kalonu da ciddi cəhdlə çalışır ki, Rusiyanın təsiri altından çıxsınlar. Biz həqiqətən də Rusiyanın hərbi kontingentinin qeyri-konstruktiv yanaşmasının şahidi oluruq. Sülhməramlı kontingent bu gün Azərbaycanın dinc, sivil vətəndaşlarının yolunu bağlayıblar. Onlar vətəndaş cəmiyyətinin fəalları, ekoloqlar, Qeyri Hökümət Təşkilatları nümayəndələridirlər, yəni vətəndaş cəmiyyətinin aktivistləridir ordakı etirazçılar. Onların silahı da yoxdur, bəs niyə onları əraziyə buraxmırsınız?!

Biz sülhməramlılardan narazıyıq. Bəli, buna bizim haqqımız var. Çünki onlar birincisi Azərbaycan ərazisində səlahiyyətlərini aşırlar, digər tərəfdən Qarabağda olan qondarma rejim qalıqlarına, cinayətkar ünsürlərə şərait yaradırlar, onlarla bəzi hallarda bir cərgədə dururlar və  hətta onlarla ortaq biznesi bölüşürlər. Bizim rus hərbi kontingentindən narazılığımız haqlıdır. 

 
 
 
 

 

Amma ermənilər burada nala-mıxa vururlar. Ruslar onlara kömək edəndə necə olurdu bəs, ruslar yaxşı idi. 366-cı alay onların tərəfindən vuruşanda, Azərbaycanın dinc əhalisinə divan tutanda onlar yaxşı idilər?! Sonra Piskovun desant briqadaları Goranboy Batalyonuna sinə gələndə onlar yaxşı idilər, bəs necə oldu, artıq Azərbaycan bu işğalçının başını əzəndən sonra ruslar dedilər ki, "bizim Qarabağa girməyə ixtiyarımız yoxdur, biz KTMT-ni də ora buraxmırıq. Çünki Azərbaycan öz ərazisində əks hücum aparır", bundan sonra ruslar oldu pis? 

44 günlük müharibədən sonra bütün dünyadan - Belarusdan, İsraildən, Qazaxıstandan, Qırğızıstandan da incidilər. Çünki onlar hamısı Azərbaycanın yox, haqqın tərəfində idilər. İndi Ermənistan elə bilir ki, rusun yedəyindən çıxsa, ağ günə çıxacaq, güya Qərb onlara nəsə edəcək. Qərb heç vaxt onlara heç bir şey verməyəcək, nə də onların əvəzinə vuruşmayacaq. 

Birincisi, Qərbin Qafqaz bölgəsində ən etibarlı, ən məhsuldar tərəfdaşı Azərbaycandır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə çox böyük bir pay verir. Digər tərəfdən alternativ mənbələri də bu proseslərə qatır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti üç ölkənin baş nazirləri ilə - Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban ilə bərabər birgə memorandum imzaladılar ki, Qara dənizin dibi ilə Azərbaycanda alternativ mənbələrdən əldə olunan elektrik enerjisi həmin ölkələrə nəql ediləcək. 

Yəni Avropa hər gün daha çox addım-addım Azərbaycandan gələn xeyirləri görür. Amma təbliğat sırasında bəli, ermənilərə züy tuturlar, ermənilərə dəstək verirlər. Amma bu o demək deyil ki, sabah Avropası - Qərbi, Amerikası, yaxud NATO-su gəlib ermənilərin tərəfindən Azərbaycana silah tuşlayacaq. Burada ermənilərin ən böyük bağışlanmaz səhvləri ondan ibarətdir ki, onlar xilaskarı kənarda axtarırlar. Xilaskarlar burdadır - Biri Azərbaycan, o biri də Türkiyə. Ermənistan ağıla, müdrüklüyə sığınıb bu iki ölkə ilə əlaqələrini bərpa etsə, qura bilsə Ermənistan udacaq. Bunu etməsə, daim termonent qarşıdurma, eskalasiya riski qalacaq ki, nəticədə Ermənistan gedə-gedə itirib o dərəcəyə çatacaq ki, bu, hətta onun özünün suverenliyini itirməsi həddinə də çata bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı