Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79104
az

Şoyqunun baş çəkdiyi “ön mövqelər” cəbhə xəttindən 75 km məsafədə imiş

09:1220 Dekabr, 2022
50
DÜNYA
  • A
Rusiya müdafiə naziri Sergey Şoyqunun Ukraynada təftiş etdiyi “Rusiya bölmələrinin ön mövqeləri” cəbhə xəttindən 75 km məsafədə imiş. “Report” xəbər verir ki, bu qənaətə tviterdəki “GeoConfirmed” layihəsi və “Azadlıq Radiosu”nun Rusiya bürosu gəlib. Bildirilib ki, ordu generalının baxış keçirdiyi ərazilərin Krımın şimalında olduğu müəyyən edilib. Qeyd edək ki, dekabrın 18-də məlum olub ki, Rusiya müdafiə naziri işğalçı qoşunların “xüsusi əməliyyat” zonasında qruplaşmasına baxış keçirib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi S. Şoyqunun “qoşunların yerləşdiyi ərazilərin ətrafında uçduğunu və Rusiya bölmələrinin ön mövqelərini təftiş etdiyini” bildirib: “Cəbhə xəttində Sergey Şoyqu rusiyalı hərbçilərlə söhbət edib və döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı