Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78967
az

Pişik dişlədi, öldü - VİDEO

21:1816 Dekabr, 2022
121
DÜNYA
  • A

Danimarka sakini, 33 yaşlı Henrik Krigbaum Plettner sevimli pişiyi dişlədikdən sonra yaranan infeksiyadan ölüb.

OXU24.COM bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Plettner pişiyi balaları ilə birlikdə sığınacaqdan gətirib. Bir dəfə kişi pişik balasını əlinə götürüb və pişik onun şəhadət barmağından dişləyib. Sahibi əlinin çox şişdiyini öyrənənə qədər buna çox əhəmiyyət verməyib. O, həkimi çağırıb, amma kişiyə deyiblər ki, sabaha qədər gözləməlidir. Plettnerin səhhəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Kişi bir ay xəstəxanada yatıb və 15 əməliyyat keçirib. Dörd aydan sonra həkimlər Plettnerin barmağını işləmədiyi üçün amputasiya etmək qərarına gəliblər. Ancaq bu, insanı xilas edə bilməyib - vəziyyəti pisləşməyə davam edib. Plettnerin anası deyib: "Onun zəif immun sistemi, pnevmoniyası və diabeti olub. Müayinədən sonra məlum olub ki, kişi dərialtı yumşaq toxumaların həyati təhlükəsi olan nekrotik fassiit xəstəliyinə tutulub.

İnfeksiya dişləmə ilə Plettnerin qanına daxil olub və bütün bədənə yayılıb. Kişini xilas etmək mümkün olmayıb və o, ölüb. "Onun özünü yaxşı hiss etmədiyini bilirdik. Lakin onun ağır xəstə olmasından şübhələnməyiblər. Bir dişləmədən sonra həkimə müraciət edin, bunun yalnız bir pişik dişləməsinə bədənin reaksiyası olduğunu düşünməyin. Risk etməyin", - Plettnerin həyat yoldaşı deyib.

Nekrotik fassiit "Streptococcus pyogenes" və ya "Clostridium perfringens" bakteriyalarının yaratdığı nadir, lakin çox təhlükəli infeksiyadır. Bədənin yumşaq toxumalarına təsir göstərir, ən çox da əzalar təsirlənir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb