Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78775
az

"Putinin aşpazı"nın oğlu "Vaqner" üzvlərini ƏLƏ VERDİ - Rusiyaya BÖYÜK ŞOK

22:5713 Dekabr, 2022
101
DÜNYA
  • A

"Vaqner qrup"un komandiri, Putinin ən yaxın adamlarından biri Yevgeni Priqojinin oğlu Pavel Priqojin sosial şəbəkədə Vaqner muzdlularının gizləndiyi Jdanova qonaq evinin qarşısından foto paylaşıb.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, bundan sonra Ukrayna qüvvələri Luqanskda yerləşən həmin mehmanxananı partladıb. Nəticədə 18 nəfər ölüb, 50 nəfər yaralanıb.

Xəbərlərdə iddia olunur ki, işğal altında olan qonaq evinə hücum ABŞ-ın təchiz etdiyi HIMARS raketləri ilə həyata keçirilib.

Telegram kanallarında yayımlanan fotolarda binanın böyük ölçüdə dağıntıya məruz qalması əks olunub.

Bölgənin mühacirətdə olan qubernatoru Sergey Qayday Ukrayna televiziyasına bildirib ki, yerli qüvvələr oranı hədəfə alıblar, çünki özəl Vaqner hərbi qruplaşmasının üzvləri orada yerləşiblər, lakin Ukraynanın bu məlumatı haradan aldığını açıqlamayıb.

İddia edilir ki, Priqojinin zərbədən əvvəl Telegram-da yerləşdirdiyi foto Ukrayna ordusuna yeri işarə verib.

Kreml yönümlü ZOV News kanalı deyib: “Oxucu arxivində bu gün Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılan Kadiivkada yerləşən otelin fotosu tapılıb. Otelin yanındakı adam Yevgeni Priqojinin oğludur”.

Güman edilir ki, Ukrayna kəşfiyyat qüvvələri Priqojini Telegram-da izləyib və mehmanxanaya zərbə endiriblər.

Luqanskda Moskva tərəfindən dəstəklənən yerli rəsmilər Ukraynanın zərbəsi nəticəsində Kadiivkadakı otel binasının dağıldığını təsdiqləsələr də, binanın istifadə olunmadığını iddia ediblər.

Musavat.com olaraq qeyd edək ki, Yevgeni Priqojin "Putinin aşpazı" ləqəbi ilə tanınır. Milyarder iş adamı qaynar bölgələrdə əməliyyatlar keçirən və təxribatla məşğul olan “Vaqner” özəl hərbi birləşməsinin yaradıcısı və sahibidir.

Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan biznesmen Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtlardan tanıyır.

Priqojinin adı 2010-cu illərə qədər Qərb mediasında "troll fabriki" dezinformasiya bölməsi tərəfindən tez-tez xatırlanırdı.

ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “troll fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı