Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77978
az

İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

14:0303 Dekabr, 2022
92
DÜNYA
  • A
İsveç PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinən ilk şəxsi – Mahmut Tatı Türkiyəyə ekstradisiya edib. Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü NTV telekanalı məlumat yayıb. Bununla da İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan memorandumun həyata keçirilməsi istiqamətində konkret addım atıb. Türkiyədə 6 il 10 ay həbs cəzası almış Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq istəsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü gecə saatlarında Mahmut Tat İstanbula gətirilib, oradan da hökmün icrası ilə bağlı prosedurların həyata keçirilməsi üçün istintaq təcridxanasına göndərilib. İsveçin terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiya etməsi NATO ölkələrinin xarici işlər nazirlərinin və müvafiq iki ölkənin xarici işlər nazirlərinin Buxarestdə baş tutmuş görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra reallaşıb. Danışıqların yekununda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankaranın İsveçdən alyansa qoşulmaq məsələsində daha qətiyyətli münasibət və NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözlədiyini bildirmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
Şoyqu Şimal Hərbi Dairəsinin fərqlənən iştirakçılarına medallar təqdim edib
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO