Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77847
az

“Yaşıl kitab”ın aktyorunun küçədə meyiti tapılıb

11:3902 Dekabr, 2022
74
DÜNYA
  • A

Nyu-York polisi 2018-ci ildə "Yaşıl kitab" filmində ikinci plan rollarından birini canlandıran aktyor Frenk Vallelonqanın meyitini küçədə tapıb.

OXU24.COM  "report"a istinadən bildirir ki, bu barədə "Deadline" portalı məlumat yayıb.

Bildirilib ki, aktyor 61 yaşında dünyasını dəyişib. Meyit bazar ertəsi tapılıb, lakin yalnız cümə axşamı tanınıb.

Məlumata görə, ölümün səbəbi hələ müəyyən edilməyib, lakin "New York Post" qəzeti mənbələri bildiriblər ki, adam həddindən artıq dozada maddə qəbulundan ölmüş ola bilər.

Vallelonqa real hadisələr əsasında çəkilmiş "Yaşıl kitab"da aktyorun atası olan baş qəhrəmanın qardaşı Rudi Vallelonqa rolunu canlandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze
Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO