Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76868
az

"Zaporojyedə işğalçılar bütöv ailəni qətlə yetiriblər"

11:4719 Noyabr, 2022
100
DÜNYA
  • A

Ukraynanın Zaporojye vilayətinin işğal altındakı bölgəsində Rusiya işğalçıları bütöv bir ailəni qətlə yetiriblər.

Oxu24.com  xəbər verir ki, bu barədə yerli “Ria-Melitopol” nəşri məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də Poloqovski rayonunun Komiş-Zorya yaşayış məntəqsində işğalçılar Darmobed ailəsinin 4 üzvünü - Oleksandr, onun həyat yoldaşı Natalya və iki uşağını güllələyiblər.

Səhər onların meyitlərini Oleksandrın anası aşkar edib. Qonşuların atəş səslərini eşitdikləri, lakin bayıra çıxmaqdan qorxduqları qeyd olunub.

“DXR”dən (qondarma Donetsk Xalq Respublikası) olan səfərbər edilmiş şəxslərin bu yaxınlarda çeçenlərlə birlikdə ailənin yanında məskunlaşdığı və qadını qısqandığına dair məlumat var”, - KİV bildirib.

Məlumat yayıldıqdan sonra “Ukrainska Pravda”nın hüquq-mühafizə orqanlarındakı mənbələri olayın gerçəkdən baş verdiyini təsdiqləyiblər. Eyni zamanda, bu barədə bilgini “Ukrainska Pravda”ya Ukrayna Təhlükəsizlik Xidmətindən də təsdiqləyiblər.

İşğalçıların mövqeləri haqqında məlumat toplayan tanınmış ukraynalı bloqçu və fəal Vanek Nikolayevski bu informasiyanı təsdiqləyib:

“Sərxoş osetinlər və “ledenere”lər (ehtimal ki, Donetsk və Luqanskdakı qondarma respublikalarda səfərbər edilmiş şəxslər nəzərdə tutulur – red.) bu ailənin ərazisinə soxularaq qadını qısnamağa başlayıblar. Əri, əlbəttə ki, müdafiə etdi və onları ondan uzaqlaşdırmağa başladı. Onları onu birbaşa ərazinin darvazası qarşısında güllələyiblər”.

Onun sözlərinə görə, Oleksandrın güllələnməsindən sonra ana və uşaqlarının bağırtılarını kəsmək üçün işğalçılar onları evdəcə güllələyiblər.

“Məndə bunu edən şəxslərlə bağlı ilkin məlumatlar var, hətta onların ailələri ilə əlaqə də tapmışam. Ancaq həqiqətən də onların olduğuna əmin olmalıyam”, - bloqçu qeyd edib.

Ukrayna tərəfi rəsmi olaraq bu insidenti şərh etməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı