Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76605
az

Ərdoğan: “Polşaya raket atılması texniki səhv ola bilər”

12:0816 Noyabr, 2022
71
DÜNYA
  • A

“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.

Oxu24.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.

“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.

Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”, - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan söyləyib ki, Rusiya ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edib: “Biz qonşuyuq. Sülhün yolu dialoqdan keçir. Ukrayna ilə Rusiya arasında savaşın bitməsinə çalışırıq. Belə bir vaxtda müharibənin üçüncü tərəfinin ortaya çıxması doğru deyil”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın Nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.

İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla Nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edir və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görür.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Almaniya Daxili İşlər Nazirliyi ukraynalıları  çağırışdan xilas etməkdən imtina edib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü