Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7647
az

Mauqlinin nokauta saldığı idmançı məşhur azərbaycanlının cangüdənidir +VİDEO

16:4604 Dekabr, 2018
777
DÜNYA
  • A
 
“Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Zabit Səmədovun Belarusda keçirilən görüşdə nokauta salaraq qalib gəldiyi idmançı, rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov İtaliyada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Oxu24.com  Reyting.az-a istinadən xəbər verir ki, Yevgeni Orlov bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın paytaxtı Bakıda da olub. Onun ölkəmizə gəlməsinin səbəbi Füzuli Məmmədovun bacısının vəfat etməsi ilə bağlı olub. Tanınmış iş adamının mühafizəçisi kimi hüzr mərasimində iştirak etmək üçün Ordubad rayonuna gələn Yevgeni Orlov sonradan Füzuli Məmmədovla Bakıya gələrək bir neçə gün burada da qalıb.

 
Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun fikrincə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb. Zabit Səmədovla qürur duyduğunu vurğulayan Füzuli Məmmədov onun yarışlarını sevə-sevə izlədiyini, uğurlarına sevdindiyini dilə gətirib. Onun vətənpərvər idmançı kimi Azərbaycan gənclərinə örnək olduğunu ifadə edib. O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır.

F. Məmmədov bildirib ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Onun fikrincə, beynəlxalq səviyyəli idman yarışlarının Azərbaycanda keçriliməsinin ölkəmizin dünyadakı milyonlarla idman həvəskarına tanınmasında mühüm rolu var. F. Məmmədov belə bir turnirin Bakıda da keçrilməsini istəyir və dəstək verməyə hazır olduğunu bildirir. O, qeyd edib ki, Bakıda keçrilən rinqdə Y. Orlov və digər peşəkar idmançılar da rinqə çıxa bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər