Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76292
az

Ərdoğana Türk Dünyasının Ali Ordeni təqdim edilib

13:4611 Noyabr, 2022
68
DÜNYA
  • A
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitinin yekunları üzrə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib. Oxu24.com “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə dövlətinin başçısı bu ordenlə təltif edilməsinə görə minnətdarlığını və qürur duyduğunu bildirib. “Türk Dünyasının Ali Ordeni türkdilli dövlətlərlə əlaqələrin gücləndirmək, xalqlarımızı birləşdirmək, Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunu artırmaq məsələsində mənim üzərimə böyük məsuliyyət qoyur”, - R.T.Ərdoğan deyib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı özünü tanınmış beynəlxalq struktur kimi təsdiqləyib: “Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir. Ölkələrimiz müxtəlif sahələrdə: idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər sıx inteqrasiya və əməkdaşlıq arzusunda həmrəydir. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir”. Türkiyə dövlət başçısı türk dövlətlərinin birgə səylərinin istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə edib. Xatırladaq ki, ötən gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək dövlət mükafatı - "İmam Buxari" ordeni ilə təltif edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı
Məktəblərdə mobil telefonlar qadağan edildi
Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı