Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76204
az

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

15:0910 Noyabr, 2022
119
DÜNYA
  • A

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.

OXU24.COM "Report"a istinadən xəbər verir ki, bunu ABŞ qərargah rəisləri birliyi komitəsinin başçısı general Mark Milli Nyu-Yorkada İqtisadi klubda çıxışında bildirib.

Mark Milli Ukrayna Silahlı Qüvvələrinin də Rusiya qədər itki verdiyini ehtimal edir.

Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb.

Qeyd edək ki, Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən, Rusiya 77 mindən çox hərbçi itirib.

Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Həmin vaxt nazirlik 5 937 hərbçisinin öldüyünü bildirmişdi.

BBC-nin apardığı araşdırmaya əsasən, Ukraynada Rusiyanın 6 200-dən çox hərbçisi ölüb. Agentlik bu rəqəmin də reallığı əks etdirmədiyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı