Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76116
az

Cənubi Koreyanın keçmiş prezidenti Kim Çen Inın bağışladığı itləri qaytarır

11:5409 Noyabr, 2022
96
DÜNYA
  • A

Koreya Respublikasının keçmiş prezidenti Mun Çje İn 2018-ci ildə Pxenyan sammitindən sonra Şimali Koreya lideri Kim Çen Inın ona hədiyyə etdiyi Punsan cinsindən olan iki iti və bir küçüyü KXDR-ə qaytarır.

 OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu qərar Mun Çje İnin təqaüdə çıxdıqdan sonra prezident arxivi ilə bağladığı müqavilənin yerinə yetirilməməsi səbəbindən verilib.

Cənubi Koreya qanunlarına görə, prezidentin hədiyyələri dövlətin mülkiyyətidir. Lakin dövlət qurumunda onlara uyğun şərait olmadığından itləri respublikanın keçmiş rəhbərinə verməyə razılaşıblar.

Mun Çje İn vəzifəsinin son günündə prezident arxivi ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən heyvanlar ona təhvil verilib. Ev heyvanlarının saxlanması xərclərinin büdcə hesabına ödənilə biləcəyi güman edilirdi. İtlərin aylıq xərcinin 1700 dollara qədər olduğu bildirlib.

Lakin eks-prezidentin nümayəndələrinin sözlərinə görə, sənəd imzalandıqdan sonra lazımi hüquqi prosedurlar tamamlanmayıb. O cümlədən, "Prezident arxivi haqqında" qanuna əlavədə icra fərmanına heç bir dəyişiklik edilməyib.

Eyni zamanda, prezident administrasiyası fərmana düzəlişlərin nəzərdən keçirildiyini bildirib və itlərin KXDR-ə verilməsi qərarının sırf respublikanın keçmiş rəhbərinin təşəbbüsü olduğunu vurğulayıb.

Qeyd edək ki, artıq Komi və Sonqan adlı itlər yoxlanış üçün noyabrın 8-də Tequ şəhərindəki baytarlıq klinikasına aparılıb. Küçüyün isə bir müddət eks-prezidentin nəzarətində qalacağı bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı