Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75530
az

Rusiya Türkiyənin vasitəçilik etdiyi taxıl razılaşmasından çıxdı - Putinin oyunu, ya...

20:4931 Oktyabr, 2022
144
DÜNYA
  • A

Elşad Həsənov: “Bütün bunlar onu göstərir ki, Kreml açıq şantajla məşğuldur”
img
Məlum olduğu kimi, Türkiyənin vasitəçiliyi ilə bu il iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Sənəd qüvvədə olma müddətinin uzadılması imkanı ilə Ukrayna taxılının ixracını nəzərdə tuturdu.

Ukrayna ərzağı olan ilk gəmi avqustun 1-də Odessadan yola düşdü. Nəticədə Qara dənizdə Ukraynanın taxıl ixracına Rusiya mane olmadı.

Bu arada Rusiyanın Ukrayna ilə bağlı taxıl razılaşmasından çıxdığı deyilir. Məsələ ondadır ki, oktyabrın 29-da Rusiya Krımda Rusiya Federasiyasının Qara Dəniz Donanmasının gəmilərinə qarşı hansısa terror aktı törətdiyinə görə taxıl təşəbbüsü sazişlərinin həyata keçirilməsində iştirakını dayandırdığını elan edib. Rusiyanın bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən kəskin pislənilib.

Maraqlıdır, Rusiyanın bu addımları nədir? Şantaj, yoxsa digər bir şey?

“Məsələnin digər tərəfi onunla bağlıdır ki, Rusiya Ukrayna taxılı yerinə öz məhsulunu satmaq istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov buna bir neçə aspektdən yanaşdı: “Bunun səbəbini Rusiya onunla əlaqələndirir ki, Ukrayna PUA-ları oktyabrın 29-da Qara dənizdə Rusiyanın 3 hərbi gəmisinə zərbələr endirib. Bu, Rusiya hərbi donanması üçün böyük zərbə idi. Çünki Rusiyanın hava hücumundan müdafiə qüvvələri hücumun qarşısını ala bilmədilər. Bəzi məlumatlara görə, Rusiya hərbi gəmilərinə müasir sualtı torpedolarla zərbələr endirilib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Qara dəniz vasitəsilə Ukrayna taxılının daşımasının dayandırıldığını bildirdi. Nəzərə almaq lazımdır ki, məlum anlaşma imzalanandan sonra böyük həcmdə Ukrayna taxılı dünya bazarına çıxarıldı. Əsasən də Afrika ölkələrinə aparıldı. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər dəhliz vasitəsilə 9,3 milyon ton taxıl daşınıb. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Rusiyanın məlum addımı taxılın daşınmasının birdəfəlik dayandırılması demək deyil. Çünki tərəflər arasında danışıqlar gedir. Ola bilsin ki, taxılın daşınmasına Rusiya yenidən icazə versin. Rusiya tərəfi də bəyan edib ki, bununla bağlı BMT və Türkiyə ilə dialoq davam etdiriləcək. Oktyabrın 31-də BMT və Türkiyə nümayəndələri 40 Ukrayna gəmisinin yoxlamasını həyata keçirəcək. Eyni zamanda, Ukrayna, Türkiyə və BMT-nin nümayəndəliyi Qara dənizdə 14 gəminin hərəkət planı haqda Rusiya tərəfini məlumatlandırıb. Bütün bunlar onu göstərir ki, Kreml açıq şantajla məşğuldur. Yəni Rusiya ordusu Ukraynanın infrastrukturunu məhv edir, elektrik stansiyalarını raketlə vurur. Ukrayna Rusiya hərbi gəmilərini hədəf alanda isə, Kreml bundan şantaj məqsədilə istifadə edir. Bu isə müharibə qaydalarına görə qəbuledilməzdir. Məsələnin digər tərəfi onunla bağlıdır ki, Rusiya Ukrayna taxılı yerinə öz məhsulunu satmaq istəyir. Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, bu il ölkədə 150 milyon ton taxıl tədarük olunub. Bunun 50 milyon tonunu ixrac etmək istəyirlər. Rusiyanın yenidən Ukrayna taxılına məhdudiyyət qoyması bu amillə də bağlı ola bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ