Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75116
az

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı: Ölən və yaralananların sayı artdı – YENİLƏNİB + VİDEO

08:3018 Oktyabr, 2022
116
DÜNYA
  • A

Rusiyada Su-34-ün hündürmərtəbəli binaya çırpılması nəticəsində 3 nəfər həlak olub.

Hadisə nəticəsində yaralananların sayı 19 nəfərə çatıb.

Onlardan üçünün 8-10 yaşlarında uşaqlar olduğu bildirilib.

Qeyd olunub ki, biri uşaq olmaqla, ümumilikdə 8 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirilir. Rusiya Fövqəladə Hallar Nazirliyi insidentdə zərərçəkənlərin sayının 21 nəfər öldüyünü təsdiqləyib.

21:20

Rusiyada Yeysk şəhərində Su-34 qırıcısının yaşayış binasına çırpılması nəticəsində ölən və yaralananların sayı artıb.

Son məlumatlara görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzadan sonra binadakı 17 mənzilə ziyan dəyib.

20:27

Yeyskdə təyyarə qəzası nəticəsində azı bir nəfər ölüb.

Daha üç nəfər, o cümlədən uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki pilotun katapult etdiyi və sağ qaldıqları bildirilib. Hazırda qırıcının çırpıldığı ərazidə yanğının sahəsi 2000 kvadratmetrdir.

Qəza yerində yardım məntəqəsi yaradılıb.

19:55

Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb. Binada güclü yanğın baş verib.

Məlumata görə, hadisə Yeysk şəhərində qeydə alınıb. Qəza nəticəsində 15 mənzilə ziyan dəyib.

Kadrlarda pilotun katapult etdiyi görünür.

Artıq Rusiya Müdafiə Nazirliyi Yeyskdə Su-34-ün qəzaya uğramasını təsdiqləyib. Nazirlikdən bildirilib ki, təyyarə təlim uçuşu zamanı havaya qalxarkən qəzaya uğrayıb. Hadisəyə səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub.

Qeyd edək ki, Yeysk aerodromunda 959-cu bombardmançı alay yerləşir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı