Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75107
az

Ərdoğanla baş nazir arasında mübahisə: Şam yeməyində... - ŞOK İDDİA

23:0917 Oktyabr, 2022
162
  • A

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Çexiyanın paytaxtı Praqada I Avropa Siyasi Birliyi zirvə toplantısında iştirak edib.

Musavat.com "New York Times" qəzetinə istinadən xəbər verir ki, Ərdoğanla Yunanıstanın baş naziri Kiryakos Mitsotakis arasında gərginlik yaşanıb.

Qəzetdə yer alan iddialara görə, onlar bağlı qapılar arxasında keçirilən şam yeməyində mübahisə edib.

Adı açıqlanmayan bir avropalı diplomat və iki yüksək rütbəli avropalı məmurun sözlərinə görə, Mitsotakis 44 avropalı liderə müraciət edərkən Ərdoğan Yunanıstanın baş nazirinin sözünü kəsərək qışqırıb. Mitsotakisin Türkiyəni hədəf alan açıqlamalarına çox əsəbiləşən Ərdoğan Şərqi Egeydəki mübahisələrin həllində Miçotakisi qeyri-səmimilikdə ittiham edib.

Eyni xəbərə görə, Ərdoğan Avropa İttifaqını Yunanıstan və Kiprin tərəfində olmaqda günahlandırıb.

Prezident Ərdoğan “mətbuatda bəzi iddialar irəli sürülüb. Şam yeməyi zamanı Mitsotakislə arasınızda mübahisə düşüb. Belə bir şey olubmu?" sualını belə cavablandırıb:

"Məndə belə bir üz görürsünüz? O, protokol qaydalarını bilməyən adamdır. Onun adı çıxış etmək üçün proqramda yox idi, mən isə əsas məruzəçilərdən biri idim, çıxışımı edib, masama keçdim. Bilmirəm kimdən və necə icazə alıb, oradan çıxıb mənə cavab verməyə çalışdı. Mən onun cavabını verərəmmmi? Türkiyə Cümhuriyyətinin prezidenti belə səviyyəyə düşərdimi? Orada onun bir neçə kəlməsini dinləməklə kifayətləndim. Heç kim onu alqışlamadı”.

Xatırladaq ki, Yunanıstanın baş naziri Mitsotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” - Mitsotakis demişdi.

O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb etmişdi.

“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” - Yunanıstanın baş naziri vurğulamışdı.

Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.

Yunanıstan mətbuatının xəbərinə görə, Mitsotakis Türkiyəyə vurğu edərək deyib:

“Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalar haqqında fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır
Türkiyənin 8 vilayətində əməliyyat keçirildi - Saxlanılanlar var
Ankarada metronu su basdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA